08:50 26-05-2011
news_image
1172
STOLÜSTÜ OYUNLAR

Məmmədyarova qalib gəldi, Ananda rəqib oldu

Tatarıstanın paytaxtı Kazanda dünya şahmat tacına iddiaçıların mübarizəsindən Boris Gelfand qalib ayrılıb. Apasport.az saytının məlumatına görə, israilli qrossmeyster finalda Aleksandr Qrişuku (Rusiya) məğlub edərək hindistanlı Vişvanatan Anandla oynamaq hüququ qazanıb.
Bu həlledici matçın tarixi və yeri isə yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, şahmat tacına iddiaçıların yarışına 2 həmyerlimiz – Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da qatılmışdı. Lakin şahmatçılarımız ilkin mərhələdəcə uduzaraq mübarizəni dayandırmışdılar. Məmmədyarovu isə turnirdən Kazanda hamıdan güclü olan Gelfand kənarlaşdırmışdı.