12:10 26-05-2011
news_image
1073
DİGƏR NÖVLƏR

Rusiya Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəlir

Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun mayın 26-da Azərbaycana rəsmi səfəri başlayır. Apasport.az saytının xəbərinə görə, səfər çərçivəsində Jukov mayın 27-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanı ziyarət edəcək.

Həmin gün qonaq Tennis Akademiyası, Bayraq Meydanı və Müasir İncəsənət Muzeyi ilə də tanış olacaq.

Səfərin 2-ci günü Rusiya Olimpiya Komitəsinin prezidenti Heydər Əliyev Fondunda, “Sərhədçi” İdman Olimpiya Mərkəzində, “Şağan” Olimpiya İdman Kompleksində olacaq, İçərişəhərə gəzintiyə çıxacaq.