15:38 26-05-2011
news_image
1266
DÖYÜŞ NÖVLƏRİ

Kliçkodan milli komandamıza dəvət

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası iyunun 5-də Ukraynaya yollanacaq. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd Olimpiya çempionu Vladimir Kliçkonun şərəfinə keçiriləcək beynəlxalq turnirdə iştirak etməkdir.

Ukrayna rinqində baş məşqçi Şamil Əlimzanov və məşqçi Vidadi Tağıyevin rəhbərliyi altında 10 boksçu qüvvəsini sınayacaq. İdmançılarımızdan Orxan Süleymanov (49 kq), Ramal Yusifzadə (52 kq), Salman İbrahimov (56 kq), Pərviz Bağırov (60 kq), Coşqun Əliyev (64 kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq), Rəvan Əliyev (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Heydər Heydərov (+91 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Qeyd edək ki, Vladimir Kliçko turniri iyunun 7-də start götürəcək və 4 gün sonra başa çatacaq.