10:12 28-05-2011
news_image

İlk lisenziya ümidimiz məğlub oldu

Çində boks üzrə WSB liqasının fərdi döyüşləri keçirilib. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, London Olimpiadasına lisenziya uğrunda görüşlərdə Azərbaycan milli komandasının 2 üzvü – Məhəmmədrəsul Məcidov (91+kq) və Soltan Migitinov da (73 kq) iştirak edib.

Təəssüf ki, idmançılarımızdan biri Londona lisenziya qazana bilməyib. Belə ki, italiyalı Klemento Russo ilə qarşılaşan Məcidov rinqdən məğlub ayrılıb.

Bu gün isə Miqitinov rinqə çıxacaq. Onun rəqibi ukraynalı Serqey Derevyançenko olacaq.