14:01 28-05-2011
news_image
1143
DİGƏR NÖVLƏR

“Nabab de Belou” və “Light Limercik” Bakıya medal gətirir

Tiflisdə atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı beynəlxalq turnir keçirilib.
apasport.az saytının xəbərinə görə, yarışda ölkəmizi Gennadi Qaşibeyazov, Hikmət Musayev, Seyid Musayev, Kənan Novruzov və Rahib Ismayilov təmsil edib.

Üç gün davam edən yarışın ilk günü Musayev “Nabab de Belou” ləqəbli atla ikinci, Musayev “Light Limercik” ləqəbli atla üçüncü yeri tutub.

Turnirin ikinci günü Musayev “Nabab de Belou” ləqəbli atla bürünc medala sahib çıxıb.

Yarışın son günündə isə “Qran-pri” yarışları keçirilib və Musayev “Light Limercik” ləqəbli atla üçüncü yeri tutub.