15:01 30-05-2011
news_image
1247
STOLÜSTÜ OYUNLAR

Rəqibimiz mundial üçün heyətini açıqladı

İyulun 15-27-də şahmat üzrə kişilər arasında keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının rəqibi Rusiya yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız Çinin Ninbo şəhərində baş tutacaq mundialda Aleksandr Qruşuk, Sergey Karyakin, Petr Svidler, Nikita Vityuqov və Yan Nepomnyaşinin xidmətindən istifadə edəcək.

Ruslar dünya çempionatından öncə iyulun 2-də bir araya gələcəklər və həmin ayın 10-na kimi təlim-məşq toplanışında olacaqlar. Xantı-Manyskda keçirilən Olimpiadadan sonra tənqidə məruz qalan Svidlerin isə yenidən əsas komandaya çağırılması kifayət qədər gözlənilməz qarşılanıb.

Qeyd edək ki, mundialda Çin, Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ və Misir komandaları qüvvələrini sınayacaqlar.