13:02 01-06-2011
news_image
1172
DİGƏR NÖVLƏR

Almaniyaya yollanacaq yığmamızın heyəti açıqlandı

İyulun 16-23-də Almaniyanın Münhen şəhərində keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli turnirdə ölkəmiz 4 snayperlə təmsil olunacaq.

Almaniyada idmançılarımızdan hədəf önünə İradə Aşumova, Nigar Bağırova, Ruslan Lunyov və Şükürağa Eyvazov çıxacaqlar. Bu atıcılardan ilk üçü son yarışlarda iştirak etdiyi halda, Eyvazov əsas komandaya ara-sıra çağırılır.

Qeyd edək ki, beynəlxalq turnirlər istisna olmaqla, snayperlərimiz iştirak etdikləri son rəsmi yarışlarda medala həsrət qalıblar. Düzdür, onlar hərdən şəxsi göstəricilərini yaxşılaşdırırlar. Lakin bu, heç də nə titul, nə də lisenziya demək deyil.