12:30 02-06-2011
news_image
1261
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçılarımız geriyə addımlayır

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) iyun ayı üçün reytinq cədvəli açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan snayperləri üçün heç də ürəkaçan olmayıb.

Son yarışlarda uğursuz çıxış milli komandalarımızın idmançılarının geriləməsi ilə nəticələnib. Belə ki, stend atıcılarımızdan Olimpiya çempionu Zemfira Meftahətdinova 1 rəqibini də irəli buraxaraq, 17-ci yerə enib.

Afina-2004-ün bürünc mükafatçısı İradə Aşumova da mövqeyini itirib. O, 10 metr məsafəyə atəş açmada 9, 25 metr məsafəyə atəş açmada 1 pillə geriləyərək, müvafiq olaraq, 59 və 30-cu yerləri tutur. Aşumovanın oğlu Ruslan Lunyov hər 2 növdə 4 pillə geriləyib. Lunyov yeni siyahıda 45 (25 m) və 39-cudur (10 m). Digər atıcımız Nigar Bağırova isə 10 m məsafəyə atəş açmaqda 22 pillə aşağı düşərək, 99-cu pillədə qərarlaşıb. Həmyerlimiz 25 m məsafəyə atəş açmaqda 110-cu yerdədir.

Snayperlərimizdən yalnız Nurlana və Emin Cəfərovların mövqelərində dəyişiklik olmayıb. Stend atıcılarımız müvafiq olaraq, 27 və 35-ci pillədəki yerlərini qoruyublar.