08:48 06-06-2011
news_image
1090
STOLÜSTÜ OYUNLAR

Vişvanatan Anand yığmamıza qarşı oynamayacaq

İyulun 15-27-də şahmat üzrə kişilər arasında keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının rəqibi Hindistan yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, asiyalılar Çinin Ninbo şəhərində baş tutacaq mundiala dünya çempionu Vişvanatan Anandsız yollanacaqlar.

Belə ki, bu mötəbər yarışda mübarizə aparacaq Hindistan milli komandasının heyətinə Krişan Saşakiran, Parimardjan Neqi, Pentala Xarikrişna, Surya Qanqulı və Qopal çağrılıblar.

Xatırladaq ki, dünya çempionatında Çin, Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ və Misir komandaları qüvvələrini sınayacaqlar.