20:49 07-06-2011
news_image
1911
DİGƏR NÖVLƏR

Mübariz Mənsimov baş nazirə yardım etdi

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan seçki kampaniyası ilə əlaqədar ölkənin bölgələrinə səfərlərə azərbaycanlı iş adamı Mübariz Mənsimovun təyyarəsi ilə gedir.

Lent.az-ın “Yeni Şafaq” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyədə seçki kampaniyasında hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, heç kim dövlətin mülki sayılan vasitələrdən istifadə edə bilməz. Bu səbbədən də təyyarəsiz qalan Ərdoğana “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov kömək edib. O, “Palmali Havacılık”a aid olan TC-MMG təchizatlı və Fransa istehsalı olan “Falcon 900 EX”-i Ərdoğanın ixtiyarına verib. Artıq baş nazir bu təyyarə ilə bir neçə səfər də edib.

Qeyd edək ki, “Palmali” şirkətinin iki “Falcon 900 EX” və bir “Falkon 7X” təyyarəsi var.