09:40 08-06-2011
news_image
988
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov növbəti sınaq qarşısında

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rumıniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizin bu ölkədə keçiriləcək V “Bazna Kings” turnirində iştirak edəcək.

İyunun 11-də start götürəcək ənənəvi yarışda Rəcəbovla yanaşı, Maqnus Karlsen (Norveç), Vasili İvançuk, Sergey Karyakin (hər ikisi Ukrayna), Hikaru Nakamura (ABŞ) və Liviu-Diter Nisipyanu (Rumıniya) mübarizə aparacaq. 10 turdan ibarət turnirə iyunun 22-də yekun vurulacaq.

Qeyd edək ki, Teymur ardıcıl olaraq, III dəfə “Bazna Kings”də qüvvəsini sınayacaq. 2009-cu ildə əlavə göstəricilərə görə 4-cü olan təmsilçimiz ötən il keçirilən yarışda gümüş medala yiyələnmişdi.