10:58 08-06-2011
news_image
1105
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli “Top-5”dəki yerini qaytardı

Beynəlxalq Cüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan milli komandasının aparıcı cüdoçuları üçün uğurlu olub.

Belə ki, Ağayar Axundzadənin yetirmələrindən ən böyük irəliləyişə Elxan Rəcəbli (81 kq) imza atıb. Aktivində 394 reytinq xalı olan həmyerlimiz birdən-birə 9 pillə irəliləyərək 19-cü pilləyə yüksəlib.

Ondan fərqli, İlqar Müşkiyev (60 kq) və Elnur Məmmədli (81 kq) hərəyə 1 rəqiblərini qabaqlayıblar. Müşkiyev 385 xalla 21-ci, Olimpiya çempionumuz isə 870 xalla 5-ci yerə qalxıb.

Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) əvvəlki mövqelərində qalıblar. Bu idmançılar müvafiq olaraq, 5-ci (1020 xal) və 22-ci (350 xal) pillədəki yerlərini qoruyublar.

Tərlan Kərimov (66 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) isə geriləyiblər. Onlar hərəyə 1 pillə aşağı düşərək, müvafiq olaraq, 15-ci (558 xal), 32-ci (303 xal) və 10-cudurlar (600 xal).

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.