17:25 08-06-2011
news_image
1116
STOLÜSTÜ OYUNLAR

Bakıda şahmat festivalı

Avqustun 5-14-də Bakıda şahmat üzrə beynəlxalq festival keçiriləcək. Apasport.az saytının məlumatına görə, dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan “Baku Open - 2011”in mükafat fondu 50 min avro təşkil edəcək.

9 turdan ibarət olacaq yarışın A turnirində ilk “25-lik”də qərarlaşacaq zəka sahibləri pul mükafatı qazanacaq. Çempion isə 10 min avro ilə yanaşı, xüsusi kubokla da təltif ediləcək. Festival çərçivəsində həmçinin, B və uşaq turnirləri də keçiriləcək.

Qeyd edək ki, reytinq xalı 2250-dən (qadınlar 2100-dən) yuxarı olan şahmatçılar A, 2249-a qədər olan zəka sahibləri B turnirlərində mübarizə aparacaqlar. 1999-cu il təvəllüdlü və daha gənc şahmatçılar isə uşaq yarışlarda qüvvələrini sınayacaqlar.