18:13 08-06-2011
news_image
1716
DİGƏR NÖVLƏR

London-2012 üçün 8 min deşikli, üçbucaq məşəl - FOTO

Bu gün Londonda 2012-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəlinin təqdimat mərasimi olub. Apasport.az saytının məlumatına görə, yeni məşəl qızıl suyu çəkilmiş alüminiumdan hazırlanıb və üçbucaq formada 8 min deşikdən ibarətdir.

Olimpiya simvolu Böyük Britaniyanın ərazisindən 8 min mil məsafədən keçəcək. Bunun üçün də məşəldə məhz 8 min deşik açılıb. 3 bucaq forma isə onu göstərir ki, London 3-cü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək.

Məsəl Yunanıstanın Afina şəhərində alovlanacaq və İngiltərəyə 2012-ci il mayın 18-də gətiriləcək. Bundan sonra o, Böyük Britaniyanı fırlanacaq və iyunun 27-də isə açılış mərasiminin keçiriləcəyi Olimpiya stadionuna gətiriləcək.

Qeyd edək ki, London 1908-ci və 1948-ci illərdə də Olimpiadaya ev sahibliyi edib.