12:22 09-06-2011
news_image
1206
STOLÜSTÜ OYUNLAR

Aronyan: Hamıdan çox Rəcəbovla oynamışam

“Azərbaycan şahmatında artıq 2 ilə yaxındır Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov triosu ən güclülərdən sayılır”. Apasport.az saytının məlumatına görə, bunu Ermənistan yığmasının şahmatçısı Levon Aronyan deyib.

FİDE-nin reytinq cədvəlində III yerdə olan qrossmeyster Azərbaycan yığmasının liderləri ilə keçirdiyi oyunlara toxunub. Aronyan ona ünvanlanan sualda həmyerlilərimizi fərqləndirməyib: “Mənim üçün bu 3 şahmatçıdan hansının daha təhlükəli rəqib olduğunu demək çətindir. Amma hamıdan çox Rəcəbovla oynamışam və hesab da təxminən bərabərdir”.

Aronyan Azərbaycan və Ermənistan yığmasını da müqayisə edib: “Fikrimcə, Sergey Movsesyan Ermənistan yığmasında peyda olduqdan sonra Azərbaycan milli komandasından az da olsa, üstünük. Ən böyük üstünlük kimi isə bizim IV lövhəmizi görürəm”.