15:29 09-06-2011
news_image
1200
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov milli komandaya qaytarıldı

İyulun 15-27-də şahmat üzrə kişilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Vladimir Tukmakov uzun fasilədən sonra Vüqar Həşimovu komandaya qaytarıb.

Ukraynalı mütəxəssis Həşimova II lövhədə yer verib. I lövhə Şəhriyar Məmmədyarova həvalə edilib. Teymur Rəcəbov isə mundialda III lövhədə rəqiblərini sınağa çəkəcək.

Son lövhədə ölkəmizi Rauf Məmmədov təmsil edəcək. Qədir Hüseynov isə ehtiyatda oyunçu olacaq.

Qeyd edək ki, dünya çempionatında Çin, Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ və Misir komandaları qüvvələrini sınayacaqlar. Bu yarış isə Azərbaycan yığmasının baş məşqçisi Tukmakov üçün ilk ciddi sınaq olacaq.