09:00 13-06-2011
news_image
1271
DÖYÜŞ NÖVLƏRİ

Milli komandamız Dünya Kubokundan 3 medalla qayıdır

Estoniyanın paytaxtı Tallində kişilər arasında keçirilən cüdo üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 12 idmançı ilə mübarizə aparan Azərbaycan milli komandası 3 medala sevinib.

Belə ki, yığmamızın liderlərindən İlqar Müşkiyev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Müşkiyevlə eyni çəkidə mübarizə aparan Nicat Şıxəlizadə isə 3-cü olub.

Komandamıza digər medalı Ramin Qurbanov (90 kq) qazandırıb. O, yalnız finalda məğlubiyyət acısı yaşayıb. Digər cüdoçumuz Tərlan Kərimov (66 kq) 5-ci yeri tutub.

Qeyd edək ki, London-2012-yə lisenziya xarakteri daşıyan Dünya Kubokunda yığmamız komanda hesabında II olub. Təmsilçilərimizi yalnız İtaliya millisi (2 qızıl, 2 bürünc) qabaqlayıb.