09:26 13-06-2011
news_image
2716
DİGƏR NÖVLƏR

(R) ABŞ-ın Life Fitness şirkəti Azərbaycana gəlir - FOTO

Fitnes trenajorlarının istehsalında dünya lideri ölkə bazarına daxil olur

Life Fitness 40 ildir fitnes klublar və ev üçün idman trenajorları istehsalında rəqibsiz lider hesab olunur. Life Fitness bu sahədə ən çox innovativ kəşfləri ilə tanındığı üçün onun idman avadanlıqları daha üstün texniki keyfiyyətlərə malikdir.

Dünyaya təqdim etdiyi ilk kompüterləşdirilmiş idman trenajorları ilə Life Fitness fitnes anlayışını kökündən dəyişməyə müvəffəq olub. Geniş multimedia imkanları olan Life Fitness trenajorlarında idmançını virtual məşqçi ilə təmin etmək, ürək və nəbzini daim nəzarətdə saxlamaq, istifadəçi məlumatlarını yaddaşa salmaq mümkündür.

Life Fitness-in bütün dünyada tanınan etibarlılığını müntəzəm keçirilən hərtərəfli test və sınaqlar sübut edir. Bu testlərdən uğurla çıxmış xüsusi texniki üstünlüklərdən olan Flex Deck qaçış lövhəciyi onurğa və oynaqların yüklənməsini minimuma endirərək zədə riskini azaltmağa, WhisperStride səsboğucu sistemi isə xüsusilə ev şəraitində maksimum rahat idman etməyə imkan yaradır.

İdman məşqlərinin yüksək effektivliyinə nail olan Life Fitness öz sahəsində beynəlxalq keyfiyyət sertifikatı alan, istifadəsinə 10 illik zəmanət verən ilk brenddir. Bu üstünlüklərə görə ən məşhur insanların, beynəlxalq otel şəbəkələri və tanınmış fitnes klublarının bir nömrəli seçimi Life Fitness-dir.

Azərbaycanda Life Fitness-in yeganə rəsmi distribüteri olan United Sport-da brendin hər modeldə idman avadanlıqları – velo və kardiotrenajorlar, qaçış, güc, elliptik trenajorlar - təklif olunur. United Sport-un peşəkar idman məsləhətçilərindən trenajorların dəqiq təyinatı və istifadə qaydaları haqda ətraflı mütəxəssis rəyi almaq mümkündür.

Qeyd edək ki, Qafqazın ən iri idman malları mağazası olan United Sport 40-dan artıq tanınmış idman brendini təmsil edir. “Birləşmiş idman malları” konsepsiyası ilə fəaliyyət göstərən United Sport-da dünyanın ən məşhur brendlərinin çox geniş çeşiddə idman mallarına yer ayrılıb.