09:52 13-06-2011
news_image
1185
DÖYÜŞ NÖVLƏRİ

Boksçularımız Ukraynada 4 medal qazandı

Boks üzrə Ukraynada Olimpiya çempionu Vladimir Kliçkonun şərəfinə keçirilən beynəlxalq turnirin qalibləri məlum olub. Apasport.az saytının məlumatına görə, yarışa 11 boksçu ilə qatılan gənclərdən ibarət Azərbaycan milli komandası vətənə 4 medalla qayıdıb.

11 ölkədən 123 boksçunun qatıldığı turnirdə həmyerlilərimizdən Salman İbrahimov (56 kq), Pərviz Bağırov (60 kq), Saqi Salehli (69 kq) və Heydər Heydərov (+91 kq) bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, yarış avqustda baş tutacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı.