11:46 13-06-2011
news_image
1035
DÖYÜŞ NÖVLƏRİ

Milli komandamız Braziliyaya yollanır

İyunun 18-19-da Braziliyada keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, Rio-de-Janeyroda baş tutacaq yarışa yığmamız 9 idmançı ilə yollanacaq.

London-2012-yə lisenziya xarakterli turnirdə cüdoçularımızdan Nicat Şıxəlizadə, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yığmamız “Böyük Dəbilqə”dən sonra burada təlim-məşq toplanışına qatılacaq. Ardından isə San-Pauloda keçiriləcək Dünya Kubokunda iştirak edəcək. s