11:31 14-06-2011
news_image

109 ölkədən 345 idmançı Bakıya gələcək

Ümumdünya Taekvondo Federasiyası (WTF) Bakıda keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək ölkələrin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışda 109 ölkədən 345 taekvondoçu mübarizə aparacaq.

Onlardan 194-ü kişilər, 151-i isə qadınlar olacaq. Bu idmançılar 8 çəki (qadınlar: 49 kq, 57 kq, 67 kq, +67, kişilər: 58 kq, 68 kq, 80 kq, +80 kq) dərəcəsində 24 lisenziyaya ümid edəcəklər.

“Sərdədçi” Olimpiya Mərkəzində keçiriləcək turnirin püşkatma mərasimi iyunun 28-də olacaq. Yarışlar bundan 2 gün sonra start götürəcək və iyulun 3-də başa çatacaq.

Qeyd edək ki, digər yarışlarla müqayisədə bu dəfə hər çəkidə yalnız 3 idmançıya medal veriləcək ki, onlar da London-2012-yə yollanmaq şansı qazanacaqlar.