11:03 15-06-2011
news_image
1094
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov üçün ispaniyalı əvəzedici

İyulun 18-29-da İsveçrənin Bill şəhərində keçiriləcək beynəlxalq turnirində azərbaycanlı qrossmeyster Vüqar Həşimovu əvəzləyəcək şahmatçının adı məlum olub. Apasport.az saytının məlumatına görə, milli komandaya dəvətdən sonra bu yarışda iştirak etməyəcəyi dəqiqləşən həmyerlimizi təşkilatçılar ispaniyalı Aleksey Şirovla əvəzləyiblər.

Nəticədə Bakının “SOCAR” klubunda çıxış etmiş Şirov Maqnus Karlsen (Norveç), Maksim Vaşyer-Laqrav (Fransa), Fabiano Karuana (İtaliya), Yannik Peletye (İsveçrə) və Aleksandr Morozeviçə (Rusiya) rəqib olub.

Qeyd edək ki, bu turnir dünya çempionatı ilə eyni vaxta düşdüyündən Azərbaycan Şahmat Federasiyası danışıq apararaq Vüqarın yığmamızda oynamasına icazə almışdı.