12:29 15-06-2011
news_image
1436
DÖYÜŞ NÖVLƏRİ

Lisenziya turniri üçün Azərbaycan milli komandasının heyəti açıqlandı

İyunun 30-dan iyulun 3-ə kimi Bakıda keçiriləcək taekvondo üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turnirində iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız bu mötəbər yarışa 4 taekvondoçu ilə qatılacaq.

Olimpiadaya lisenziya xarakterli təsnifat turnirində ölkəmizin idman şərəfini Elvin Məmmədov (68 kq), Ramin Əzizov (80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) qoruyacaqlar.

8 çəki dərəcəsi (qadınlar: 49 kq, 57 kq, 67 kq, +67, kişilər: 58 kq, 68 kq, 80 kq, +80 kq) üzrə keçiriləcək yarışda 109 ölkədən 345 idmançı qüvvəsini sınayacaq. İlk 3 pillədə qərarlaşacaq 24 taekvondoçu lisenziyaya sahib olacaq.

Qeyd edək ki, qaydalara əsasən hər ölkə lisenziya yarışlarında və Olimpiadada maksimum 4 idmançı ilə təmsil olunmaq hüququna malikdir.