16:22 15-06-2011
news_image
1147
DÖYÜŞ NÖVLƏRİ

Milli komandamız Sloveniyaya yollanır

İyunun 18-də Sloveniyada start götürəcək cüdo üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, Seldja şəhərində baş tutacaq yarışda ölkəmizin idman şərəfini 13 idmançı qoruyacaq.

Sloveniya tatamisində həmyerlilərimizdən Asif Xələfov, Orxan Səfərov (hər ikisi 60 kq), Rüstəm Orucov, Emin Həsənov, Dilqəm Əliyev (hər üçü 66 kq), Nadir Babayev, Eldar Qasımov, Elvin Əhmədli (hər üçü 73 kq), Ramin Qurbanov (90 kq), Sain Məmmədov (100 kq), Emin Tahirov (+100 kq), Ülviyyə Vəliyeva (48 kq) və Xanım Hüseynova (57 kq) qüvvələrini sınayacaqlar.

Yarış 2 gün davam edəcək.