11:25 17-06-2011
news_image
1136
DİGƏR NÖVLƏR

Azərbaycan və Litva Milli Olimpiya Komitələri arasında saziş imzalanıb - FOTO

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Litvaya səfər edib. Apasport.az saytının xəbərinə görə, Hüseynzadə səfər çərçivəsində Litva Milli Olimpiya Komitəsinin prezidenti Arturas Povilyunasla görüşüb.

Görüş zamanı tərəflər arasında əməkdaşlıq haqda saziş imzalanıb. Sənədə əsasən, Litav və Azərbaycan idman sahəsində sıx əməkdaşlıq edəcək, inkişaf yolunda bir-birinə kömək edəcəklər.

Tədbirdə Azərbaycanın Litvadakı səfiri Nairə Şahtaxtinskaya da iştirak edib.

Rüstəm MİKAYILLI
Vilnüs