17:45 17-06-2011
news_image
1157
DİGƏR NÖVLƏR

Azad Rəhimov: “Baku Cup”ın Bakıda keçirilməsi idmanımızın inkişafının ən böyük göstəricisidir

“Bu gün Azərbaycan adı dünyanın bir çox ölkələri sırasında qürurla səslənir. Buna ölkənin siyasi, iqtisadi, sosial, mədəniyyət sahələrinin günbəgün inkişafı, Azərbaycan dövlətinin qazandığı uğurlar əsas yaradır”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan gənclər və idman naziri Azad Rəhimova məxsusdur.

Nazir iyulun 16-14-də Bakıda mükafat fondu 220 min ABŞ dolları olan Qadın Tennisçilər Assosiasiyası (WTA) turniri barədə fikirlərini açıqlayıb: “Daim diqqət mərkəzində olan idman növlərindən biri də böyük tennisdir ki, bunun nəticəsi olaraq 1968-ci ildə Azərbaycan SSR-nin Tennis Federasiyası yaradıldı. Müstəqil Azərbaycanımızın Tennis Federasiyası isə 1995-ci ildən fəaliyyət göstərir. Tennis idman növünü ölkəmizdə daha da inkişafı məqsədi ilə 2009-cu ilin 5 may tarixində Tennis Akademiyası tennis sevərlərin istifadəsinə verildi. Azərbaycanımızın tennis üzrə yığma komandası Devis Kuboku, eyni zamanda Fed Cup qadınlar arasında keçirilən dünya çempionatlarında uğurla iştirak ediblər.

Daim mötəbər yarışlar sırasında olan “Baku Cup – 2011” qadınlar arasında beynəlxalq turnirin ölkəmizdə keçirilməsi idmanımızın daha da inkişafının ən böyük göstəricilərindən biridir”.