13:00 19-06-2011
news_image

“Onu gərək daim təzyıq altında saxlayasan”

Boks üzrə milli komandamızın üzvü Osman Əliyev (69 kq) ikinci mərhələdə Rusiya yığmasını təmsil edən İslam Edisultanovu məğlub edə biləcəyini düşünür. Apasport.az saytının məlumatına görə, idmançımız Edisultanovun zəif və güclü tərəflərini yaxşı bildiyini bildirib: “Onunla Çexovdakı təlim-məşq toplanışında demək olar ki, döyüşmədik. Ancaq Kislovodskda bir yerdə məşq edirdik. Mən hazırlıq görüşlərində onu üstələyirdim. Edisultanovu gərək daim təzyıq altında saxlayasan. Belə boksçuya qarşı əks-hücumlarda işləmək mümkün deyil. Gərək o hər zaman təzyiqi hiss etsin. Onun əsas zəif cəhəti məhz budur”.

Osman Əliyev rəqibi məğlub edəcəyinə inanır:” Ondan heç də zəif deyiləm. İnanıram ki, rusiyalı boksçunu məğlub edərək növbəti mərhələyə vəsiqə qazanacam”.