09:34 20-06-2011
news_image

Avropa Kubokunda 10-cu olduq

Sloveniyada keçirilən cüdo üzrə Avropa Kubokunun qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda 2 idmançımız fəxri kürsüyə yüksəlməyi bacarıb.

Yığmamızın heyətində Rüstəm Orucov (66 kq) gümüş, Ramin Qurbanov (90 kq) bürünc medala sevinib. Onların qazandıqları uğur isə yığmamızın Avropa Kubokunda 10-cu pillədə qərarlaşması ilə nəticələnib.

Qeyd edək ki, milli komandamız Seldja şəhərində baş tutan yarışa 13 idmançı ilə qatılmışdı.