10:03 20-06-2011
news_image
1210
DÖYÜŞ NÖVLƏRİ

Teymur rəqib tanımır

Ankarada keçirilən boks üzrə Avropa çempionatının 3-cü günündə daha 3 idmançımız rinqə çıxıb. Apasport.az saytının məlumatına görə, ilk görüşdə Sloveniya boksçusunu məğlub edən Osman Əliyev (69 kq) növbəti mərhələdə Rusiya nümayəndəsi İslam Edisultanovla qarşılaşıb.

Döyüş milli komandamızın üzvü üçün uğursuz keçib. Artıq birinci raundda Osman Əliyevin 2 dəfə burnu qanadığından hakimlər döyüşü davam etdirməyə icazə verməyiblər və qələbə Rusiya idmançısına verilib.
Daha sonra isə 81 kq çəki dərəcəsində mübarizə aparan Ramin Əliyev rinqə çıxıb. O, da Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Nikita İvanovla döyüşün birinci raundu bərabər mübarizə şəraitində keçsə də, ikinci hissədə rusiyalı boksçu 8 xal fərqi ilə önə keçib. Həlledici raundda da üstünlük İvanovun tərəfində olub. Nəticədə, boksçumuz 15:27 hesabı ilə məğlub olub.

Yarışın 3-cü günü Azərbaycan idmançılarından son olaraq Teymur Məmmədov (91 kq) qüvvəsini sınayıb. Milli komandamızın üzvü xorvatiyalı Stjepan Vuqdelija ilə görüşün ilk raundunda rəqibindən daha inamlı təsir bağışlayıb. Rəbindən boyca hündür olan boksçumuz birinci hissədə 13:5 hesabı ilə qalib gəlib. İkinci raundda bir qədər arxayınlaşan boksçumuz rəqibinin zərbələrini buraxıb. Amma buna baxmayaraq, Teymur ikinci hissəni də öndə tamamlayıb. Həlledici 3-cü raundda daya yaxşı döyüşən Məmmədov 23:14 hesabı ilə qalib gəlib.