10:16 20-06-2011
news_image

Heybətulla Hacəliyev: Onun kimi boksçularla döyüşmək çətindir

“İstərdim ki, Moldova idmançısı çexiyalını məğlub etsin. Çünki Moldova təmsilçisi mənə daha uyğun rəqibdir”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan milli komandasının üzvü Heybətulla Hacəliyev (64 kq) deyib.

Boks üzrə Avropa çempionatında ilk görüşünü qələbə ilə başa vuran boksçumuz növbəti mərhələdə moldovalı rəqibə qarşı mübarizə aparmaq istəsə də, bu dueldən çexiyalı Berzoi Çladek qalib ayrılıb. Milli komandamızın üzvü Çladekin onun üçün çətin rəqib olduğunu bildirib: “Çladek kimi boksçularla döyüşmək isə çətindir. Amma bu Avropa çempionatıdır. Hər mərhələdə get-gedə rəqiblər güclənir”.

Hacəliyev qitə çempionatında ilk qələbəsini latviyalı Artur Axmetov üzərində qazanmışdı – 21:12. Boksçumuz ilk raundda bir qədər çətinlik çəkdiyini sonradan isə üstünlüyü ələ aldığını söyləyib: “Birinci raundda döyüşə tam uyğunlaşa bilmədim. Amma sonradan rəqibin döyüş üslubunu tam anladım və üstünlüyü ələ aldım”.