10:57 20-06-2011
news_image

Boksda yeni xal sistemi

Boks üzrə Avropa çempionatında ilk dəfə yeni xal sistemindən istifadə olunur. Apasport.az saytının məlumatına görə, döyüş gedən ərəfədə tabloda hansı idmançının hesabda öndə olması bilinmir. Yalnız raundlar yekunlaşdıqdan sonra tabloda xallar göstərilir.

Bundan əlavə, artıq hakimlər əksər zərbələrə xal verirlər. Bu səbəbdən də bir çox döyüşlərdə 30-40 zərbə qeydə alınır. Əvvəllər isə bəzən döyüşlər hətta 1:0, 2:1 hesabları ilə də yekunlaşırdı.

Qeyd edək ki, Ankarada keçirilən Avropa çempionatında ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edir.