10:19 20-06-2011
news_image
2759
DİGƏR NÖVLƏR

Dünya çempionumuz çimərlikdə güllələndi

Uşu və qaydasız döyüş üzrə dünya çempionu Miramil İbrahimli qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, idmançı Mərdəkan qəsəbəsində “Tropikanka” çimərliyində Bakı şəhər sakini Çingiz Allahverdiyev tərəfindən ağır yaralanıb.

Allahverdiyev dostları ilə birgə dəniz sahilinə istirahətə gələn Miramilə tapançadan atəş açılıb. Şəhər xəstəxanasına çatdırılan İbrahimli elə oradaca dünyasını dəyişib. Xəzər rayonunun polis əməkdaşları artıq cinayətkarı həbs ediblər.

Qeyd edək ki, Miramil 20 gün öncə qaydasız döyüş üzrə dünya çempionu adını qazanıb. O, 2008-ci ildən uşu üzrə 85 kq-da Azərbaycan çempionu olub.