10:38 21-06-2011
news_image
1364
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan boksçusu superfinalda! - FOTO

İyulun 2-də Tümendə “Kostiya Tszu kuboku”nun superfinalı keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu möhtəşəm yarışın həlledici görüşündə Azərbaycanın peşəkar boksçusu Fariz Kazımov da qüvvəsini sınayacaq.

O, tanınmış boksçu Kostiya Tszunun çəkisində - 63,5 kq-da rusiyalı Dmitri Mixaylenko ilə döyüşəcək. Tümendə boks şousunun super qarşılaşması olacaq duelin qalibi 12 raundun nəticəsinə görə müəyyənləşəcək.

Həmin gün baş tutacaq digər görüşlər 8 raunddan ibarət olacaq.

Qeyd edək ki, 2 ildir keçirilən yarışın çempionu 100 min dollar mükafat alacaq və promouter şirkəti ilə müqavilə imzalayacaq.