11:02 21-06-2011
news_image
1132
DÖYÜŞ NÖVLƏRİ

4 boksçumuz yarımfinal mərhələsinin bir addımlığında

Ankarada keçirilən boks üzrə Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın bu mərhələsində Azərbaycan milli komandasının heyətində rinqə son olaraq Fərid Paşayev (+91 kq) çıxıb.

Lakin onun mərhələ adlamaq arzusu reallaşmayıb. Belə ki, superağır çəki dərəcəsində mübarizə aparan boksçumuz serbiyalı Milutin Stankoviçlə döyüşdə birinci raundu öz xeyrinə başa vursa da, üstünlüyü sonadək qoruyub saxlaya bilməyib. Nəticədə, boksçumuz məğlub olaraq, mübarizəni dayandırıb.

Bu gün isə Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçiriləcək. Boksçularımızdan ilk olaraq 49 kq çəki dərəcəsində yarışan Salman Əlizadə rinqə çıxacaq. Onun rəqibi fransalı Jeremi Bekku olacaq. 64 kq çəki dərəcəsində yarışan Heybətulla Hacəliyev isə İsveçi təmsil edən Türk əsilli Entoni Yigitlə qarşılaşacaq. 75 kq-da mübarizə aparan Rahib Bəylərovun rəqibi yerli idmançı Adəm Kılıccı olacaq. Teymur Məmmədov (91 kq) isə yarımfinala vəsiqə üçün rusiyalı Abdulhəmid Nurməhəmmədov yarışdan kənarlaşdırmalıdır.