12:22 21-06-2011
news_image

Səfir idmançılarımızın döyüşlərini izlədi

Boks üzrə Avropa çempionatının döyüşlərini Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov da izləyib. Apasport.az saytının məlumatına görə, o, Rahib Bəylərov (75 kq) və Fərid Paşayevin (+91 kq) 1/8 final mərhələsindəki görüşlərinə baxıb. Səfir idmançılarımızın çıxışlarını Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovla birgə izləyib.

Qeyd edək ki, Bəylərov 1/4 finala yüksəlsə də, Paşayev məğlubiyyətlə üzləşib.