16:29 21-06-2011
news_image
1168
DÖYÜŞ NÖVLƏRİ

Ankarada ilk medal

Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında artıq bir idmançımızın medal alması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 1/4 finalda fransalı Jeremi Bekkunu məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

İlk raundda rəqibindən daha üstün təsir bağışlayan həmyerlimiz 5 xallıq üstünlük əldə edib. Boksçumuz 2-ci hissədə təşəbbüsü əldən versə də, həlledici hissədə toparlanmağı bacarıb. Nəticədə, Əlizadə 26:19 hesabı ilə qalib gələrək ən azı bürünc medalı özünə təmin edib.

Gənclər arasında dünya çempionu olan Əlizadə finala gedən yolda İngiltərə komandasının üzvü Çarlz Edvardsla qarşılaşacaq. Edvards 1/4 finalda ispaniyalı Joze Kelvin Nieveni mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Heybətulla Hacəliyev (64 kq), Rahib Bəylərov (75 kq) və Teymur Məmmədov (91 kq) da mübarizəni davam etdirirlər. Onlar 1/4 final mərhələsinə kimi irəliləyiblər.