09:56 22-06-2011
news_image
1245
DÖYÜŞ NÖVLƏRİ

5 illik fasiləyə Ankarada son qoyuldu

Boks üzrə Azərbaycan milli komandası 5 illik fasilədən sonra Avropa çempionatında medallarının sayını artırıb. Apasport.az saytının məlumatına görə, boksçularımızın sonuncu dəfə Avropa çempionatında uğuru 2006-cı ilə təsadüf edib.

Həmin vaxt Bolqarıstanın Plovdiv şəhərində keçirilən qitə çempionatında dəri əlcək ustalarımız 4 medal qazanıblar. Samir Məmmədov (51 kq), Şahin İmranov (57 kq), Rahib Bəylərov (75 kq) gümüş, Elçin Əlizadə (91 kq) isə bürünc medala yiyələnmişdi.

Ötən il Moskvada keçirilən Avropa çempionatında isə Elvin Məmişzadə gümüş mükafata sahib olmuşdu.

Qeyd edək ki, Ankarada keçirilən qitə çempionatında 3 boksçumuz - Salman Əlizadə (49 kq), Heybətulla Hacəliyev (64 kq) və Teymur Məmmədov (91 kq) yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özlərinə təmin ediblər.