14:02 22-06-2011
news_image
1144
DİGƏR NÖVLƏR

Münhen uğursuzluğu davam edir

Almaniyanın Münhen şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışında Azərbaycan yığmasının uğursuzluğu davam edir. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli turnirin III günündə daha 2 snayperlərimizin gülləsi hədəfdən yan keçib.

Belə ki, 1 gün öncə 25 m məsafəyə atəş açmaqda 30-cu olan Ruslan Lunyov 10 m məsafəni nişan almaqda 63-cü yeri tutub. Digər idmançımız - Şükürağa Eyvazov isə 106-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komandamızın üzvləri digər məsafələrə atışlarda da qüvvələrini sınayacaqlar.