10:37 23-06-2011
news_image
1194
DÖYÜŞ NÖVLƏRİ

Nikolay Xromov: Məmmədova məğlubiyyət üzücü oldu

Ankarada keçirilən boks üzrə Avropa çempionatında Rusiya milli komandasının üzvü Abdulhəmid Nurməhəmmədovun azərbaycanlı Teymur Məmmədova uduzması birmənalı qarşılanmayıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın baş məşqçisi Nikolay Xromov 1/4 finalda həmyerlimizə uduzan yetirməsinin çıxışından narazı qalıb.

Əsəsən fiziki problemləri səbəb gətirən çalışdırıcı Nurməhəmmədovun gücünün tükənməsini qabardıb: “Onun bir az fiziki gücü çatmadı. Son raunddan öncə idmançımız 2 xalla (15:13) fərqi ilə öndə idi. Ancaq bundan öncəki 2 gündə 2 çox ağır döyüş keçirdiyindən, fiziki hazırlıqda problemləri oldu. Əlbəttə, məğlubiyyət üzücüdür, ancaq indi nə edə bilərsən?”.

Qeyd edək ki, 91 kq çəki dərəcəsində döyüşən Məmmədov Nurməhəmmədovu 23:21 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.