11:31 23-06-2011
news_image
1129
DİGƏR NÖVLƏR

2 idmançımız Dünya Kubokunu titulsuz başa vurdu

Almaniyanın Münhen şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışında Azərbaycan yığmasının 2 üzvü – İradə Aşumova və Nigar Bağırova çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli turnirdə snayperlərimiz uğursuzluqla üzləşiblər.

Belə ki, 25 metr məsafəyə atəş açmaqda mükafatçılar sırasına düşə bilməyən Aşumova və Bağırova 10 metr məsafədən də hədəfi dəqiq nişan ala bilməyiblər. Nəticədə onlar müvafiq olaraq, 55-ci və 74-cü yeri tutublar.

Belə ki, 1 gün öncə 25 m məsafəyə atəş açmaqda 30-cu olan Ruslan Lunyov 10 m məsafəni nişan almaqda 63-cü yeri tutub. Digər idmançımız - Şükürağa Eyvazov isə 106-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komandamızın heyətində Ruslan Lunyov və Şükürağa Eyvazov çıxışlarını davam etdirirlər.