12:38 23-06-2011
news_image
2564
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan - Ermənistan - 3:1

Boks üzrə Avropa çempionatının yarımfinalında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Ankarada keçirilən yarışda ən çox idmançı ilə təmsil olunan ölkə Rusiyadır.

Şimal qonşumuz çempionata ikinci heyətlə gəlməsinə baxmayaraq, 6 medalı özünə təmin edib. Meydan sahibi Türkiyə və son vaxtlar yüksəlişdə olan İtaliyanın 4 təmsilçisi yarımfinal döyüşlərinə çıxacaqlar.

Milli komandamız və Gürcüstan 3 boksçu ilə 4-5-ci yerləri bölüşürlər. Son illərdə Gürcüstan boksu durğunluqda olduğundan 3 medal qonşularımız üçün böyük uğurdur.

Ukrayna və İrlandiya kimi komandaların yalnız 2 boksçusunun medal qazanması isə gözlənilməz olub. İrlandlar son qitə çempionatında 5 medal əldə etmişdilər. Elə Ukrayna da daim dünya boksunda öndə gələn ölkələrdən olub. Ukrayna və İrlandiyadan başqa, Moldova, Uels, Rumıniya, Bolqarıstan və İngiltərə yarımfinalda 2 idmançı ilə təmsil olunacaq. Bədnam qonşularımız Ermənistan komandasının isə yalnız 1 üzvü medal qazana biləcək.

Xatırladaq ki, bu gün boksçularımızdan Salman Əlizadə (49 kq), Heybətulla Hacəliyev (64 kq) və Teymur Məmmədov (91 kq) yarımfinal görüşlərini keçirəcəklər.