08:44 24-06-2011
news_image
1045
DÖYÜŞ NÖVLƏRİ

Daha bir boksçumuz Avropa çempionatının finalında

Ankarada keçirilən boks üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının 2 üzvü mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, Salman Əlizadənin (49 kq) ardınca daha bir boksçumuz – Teymur Məmmədov da həlledici görüşə vəsiqə qazanıb.

91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Almaniya təmsilçisi Yohann Vitti mübarizədən kənarlaşdırıb – 18:12.
Milli komandamızın üzvü finalda türk Bəhram Müzəffəri məğlub edən bolqarıstanlı Tervel Pulevlə üz-üzə gələcək. 1983-cü ildə anadan olan Pulev Moskvada keçirilmiş son Avropa çempionatında yalnız finalda rusiyalı Artur Beterbiyevə uduzaraq, gümüş medal qazanmışdı. Final görüşləri bu gün baş tutacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının heyətində artıq 1 bürünc medal var. Bu medalı isə komandamıza Heybətulla Hacəliyev (64 kq) qazandırıb.