09:44 24-06-2011
news_image
1861
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan çempionunun həyat yoldaşını əzişdirmək istəyirlər

Ankarada keçirilən boks üzrə Avropa çempionatının finalında həmyerlimiz Teymur Məmmədov (91 kq) Azərbaycan üçün tanış olan sima ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, boksçumuz müxtəlif beynəlxalq turnirlərin qalibi bolqarıstanlı Tervel Pulevlə münasibətlərinə aydınlıq gətirəcək.

Balkanlı boksçu voleybol üzrə Azərbaycan Super Liqanın qalibi Diana Nenovanın həyat yoldaşıdır. Ötən ilin payızından “Rabitə”nin şərəfini qoruyan Bolqarıstan yığmasının üzvü bu komanda ilə Azərbaycan çempionu olub və Çempionlar Liqasının gümüş medalını qazanıb. Nenova bu il “Lokomotiv”ə transfer olunub. Onların 2 yaşında 1 oğulları var.

Məmmədov karyerasında ilk böyük uğurunu qazanmaq üçün bu gün finalda Pulevi əzişdirməlidir.

Qeyd edək ki, bundan öncə analoji hadisə güləşdə baş verib. Sərbəst güləş üzrə milli komandamızın ukraynalı legioneri Mariya Stadnikin həyat yoldaşı Andrey Stadnik həmyerlimiz Cəbrayıl Həsənova rəqib olmuşdu.

Tahir HÜMMƏTOV