10:19 24-06-2011
news_image
1012
DÖYÜŞ NÖVLƏRİ

Bolqar mütəxəssis milli komandamızın üzvünü təriflədi

“Teymur Məmmədovun hündürboyludur. O, həmçinin yüksək texnikaya malikdir”. Apasport.az saytının məlumatına görə, bu sözlər bolqarıstanlı boks məşqçisi Borislav Boyadjievə məxsusdur.

O bu gün Ankarada keçirilən Avropa çempionatının 91 kq çəki dərəcəsində baş tutacaq final görüşünə - azərbaycanlı Teymur Məmmədov və yetirməsi Tervel Pulevin döyüşünə münasibət bildirib. Boyadjiev bildirib ki, şəxsi məşqçisi olduğu boksçunu həlledici görüşdə ciddi sınaq gözləyir: “Teymurun sol əli ilə güclü zərbələr endirmək bacarığı var. Məmmədov həmçinin, finala gedən yolda rusiyalı Abdulhəmid Nurməhəmmədov kimi təcrübəli rəqibləri məğlub edib. Tervil hələ onunla rinqdə üz-üzə gəlmədiyindən döyüşün gərgin keçəcəyini proqnozlaşdırmaq olar”.

Qeyd edək ki, bu gün keçiriləcək final görüşlərində Məmmədovla yanaşı, yığmamızın ən yüngül çəkili üzvü - Salman Əlizadə (49) də qüvvəsini sınayacaq.