15:44 24-06-2011
news_image
1892
DÖYÜŞ NÖVLƏRİ

Bursadan Ankaraya: Azərbaycan 18 illik həsrətə son qoydu

Boks üzrə Azərbaycan milli komandası 18 illik həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, Türkiyənin paytaxtı Ankarada keçirilən Avropa çempionatının final döyüşündə qalib gələn Salman Əlizadə (49 kq) yığmamızın qızıl medal arzusunu reallaşdırıb.

1993-cü ildən müstəqil ölkə kimi Avropa çempionatlarına qatılan Azərbaycan elə ilk cəhddə çempionluq sevinci yaşamışdı. Həmin vaxt Rövşən Hüseynov qitənin ən güclüsü adına layiq görülmüşdü. O, 51 kq çəki dərəcəsində almaniyalı Riko Kubatı məğlub edərək, Türkiyənin Bursa şəhərindən qızıl medalla qayıtmışdı.

Bundan sonrakı 8 yarışda çempionluğa həsrət qalan boksçularımız 18 illik fasilədən sonra yenə də Türkiyədə fərqlənib. Komandamız özü üçün yubiley – 10-cu qitə birinciliyində tarixinin 2 qızıl medalını qazanıb.

Tahir HÜMMƏTOV