23:00 24-06-2011
news_image
1308
DÖYÜŞ NÖVLƏRİ

Tariximizdə yeni səhifə - STATİSTİKA

Boks üzrə Azərbaycan milli komandası Avropa çempionatlarında medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız buna Türkiyənin paytaxtı Ankarada keçirilən qitə birinciliyində nail olub.

Belə ki, müstəqil ölkə kimi 10-cu dəfə Avropanın ən mötəbər yarışında iştirak edən millimiz 2 qızıl və 1 bürünc medal qazanmaqla yeni rekord müəyyənləşdirib. Buna kimi isə komandamızın yüksək göstəricisi 1993-cü ildə Bursada baş tutan çempionatda sahib olduğumuz 1 qızıl medal idi. Bu isə daha çox - 4 medal qazandığımız 2006-cı ildəki yarışdan üstün sayılırdı.

Qeyd edək ki, Azərbaycan boksçuları qatıldıqları 10 Avropa çempionatının 3-də fəxri kürsüyə yüksələ bilməyib.

Avropa çempionatındakı bütün mükafatçılarımız

İl
Keçirildiyi yer
Çəki dərəcəsi
idmançı
 Medal
1993
Bursa (Türkiyə)
51 kq
Rövşən Hüseynov
Qızıl
2000
Tampere (Finlandiya)
81 kq
Əli İsmayılov
Bürünc
2002
Perm (Rusiya)
57 kq
Şahin İmranov
Gümüş
2004
Pula (Xorvatiya)
69 kq
Ruslan Xairov
Bürünc
75 kq
Cavid Tağıyev
Bürünc
2006
Plovdiv (Bolqarıstan)
51 kq
Samir Məmmədov
Gümüş
57 kq
Şahin İmranov
Gümüş
75 kq
Rahib Bəylərov
Gümüş
91 kq
Elçin Əlizadə
Bürünc
2010
Moskva (Rusiya)
48 kq
Elvin Məmişzadə
Gümüş
2011
Ankara (Türkiyə)
49 kq
Salman Əlizadə
Qızıl
91 kq
Teymur Məmmədov
Qızıl
64 kq
Heybətulla Hacəliyev
Bürünc


Yığmamızın Avropa çempionatındakı medalları

İlKeçirildiyi yerQızılgümüşBürünc
1993Bursa (Türkiyə)1--
1996Vejle (Danimarka)---
1998Minsk (Belarus)---
2000Tampere (Finlandiya)--1
2002Perm (Rusiya)-1-
2004Pula (Xorvatiya)--2
2006Plovdiv (Bolqarıstan)-31
2008Liverpul (İngiltərə)---
2010Moskva (Rusiya)-1-
2011Ankara (Türkiyə)2-1
Cəmi 355


Tahir HÜMMƏTOV