09:15 27-06-2011
news_image
1039
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatında 5 medal

Maltanın Kottonera şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avpora çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 12 idmançı ilə qatılan Azərbaycan milli komandası 5 medala sahib olub.

Cüdoçularımızdan ən yaxşı nəticəni İsgəndər Talışınski (55 kq) göstərib. O, finala kimi bütün rəqiblərini məğlub etsə də, həlledici döyüşdə məğlub olaraq gümüş medala yiyələnib. Elbrus Zamanov (55 kq), Rəşad Rufullayev (60 kq), Hüseyn Rəhimli (66 kq) və Füruddin Dadaşov (73 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Bu nəticə ilə yeniyetmə cüdoçularımız ümumi komanda hesabında (qızlar və oğlanlar) 37 ölkə arasında 12-ci, oğlanların yarışında isə 5-ci yeri tutublar.