09:40 27-06-2011
news_image
1208
DÖYÜŞ NÖVLƏRİ

Həmyerlimiz Avropa çempionatları tarixində yeni rekord müəyyənləşdirdi

Azərbaycan milli komandasının boksçusu Salman Əlizadə (49 kq) adını tarixə yazdırıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Avropa çempionatları tarixində qızıl medal qazanmış ən gənc idmançı olub.

Qitə çempionatının finalında rusiyalı Belik Qalanovu məğlub edən Əlizadə 1993-cü il dekabrın 1-də anadan olub. O, fəxri kürsünün ən yüksək pilləsinə 17 yaşında qaxıb. İndiyədək böyüklər arasında Avropa çempionatında bu yaşda qızıl medal əldə edən isə olmayıb. Dünya Boks Federasiyasının (AİBA) rəsmi saytında da boksçumuzun yeni rekorda imza atdığı yazılıb.

Qeyd edək ki, 18 il bundan öncə - 1993-cü il sentyabrın 12-də Rövşən Hüseynov qitə çempionatında qızıl medala sahib olanda Əlizadə hələ dünyaya gəlməmişdi.