10:19 27-06-2011
news_image
1069
DÖYÜŞ NÖVLƏRİ

Dünya Kubokunda uğurlu çıxış

Azərbaycan milli komandası Braziliyanın San-Paulo şəhərində keçirilən cüdo üzrə Dünya Kubokunda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, yarışa 8 idmançı ilə qatılan yığmamızın qazancı 4 medal olub.

London-2012-yə lisenziya xarakterli Dünya Kubokunda Ağayar Axundzadənin yetirmələrindən Kifayət Qasımova (57 kq) gümüş, İlqar Müşkiyev (60 kq), Elmar Qasımov (100 kq) və Ramilə Yusubova (63 kq) bürünc medal qazanıblar. Digər cüdoçularımız – Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (100 kq) 5-ci, Tərlan Kərimov (66 kq) 7-ci yeri tutub.

Qeyd edək ki, millimiz komanda hesabında 53 ölkə arasında 9-cu pillədə qərarlaşıb.