16:56 27-06-2011
news_image
1222
DÖYÜŞ NÖVLƏRİ

Petr Losev: Azərbaycan milli komandası əla heyətə malikdir

“Avropa çempionatı çox gərgin keçdi. Xüsusilə, orada yeni simalar parladı”. Apasport.az saytının məlumatına görə, bu sözlər boks üzrə Bolqarıstan milli komandasının baş məşqçisi Petr Losevə məxsusdur.

Bolqarıstanlı mütəxəssis Ankarada yenicə başa çatan Avropa çempionatına münasibət bildirib. Onun fikrincə, artıq qitədə qüvvələr nisbəti bərabərləşir: “Bu yarışda bir çox güclü komandalar iştirak edirdi. Rusiya, Azərbaycan, Ukrayna, Uels, Türkiyə və İrlandiya əla heyətə malik idi. Bunun üçün də onların hamısı medal qazandılar”.

O 91 kq çəki dərəcəsinin final qarşılaşmasında həmyerlimiz Teymur Məmmədova uduzan Tervel Pulevin həlledici görüşə hazır olmadığını deyib: “Onun burnunda problem var idi. Bunun üçün çətin nəfəs salırdı. Bundan əlavə, yarımfinaldakı döyüşdən sonra da bərpa olunmağı bacarmadı”.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatında 2 qızıl və 1 bürünc medala sahib olub.